10:38 30-03-2021
news_image
329
FUTBOL

Branimir Subaşiç: “Azərbaycan çox yöndəmsiz komanda kimi görünür” – MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiç Serbiya mətbuatına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, ölkəmizdə “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ” klublarının formasını geyinmiş serbiyalı keçmiş forvard DÇ-2022-nin seçmə mərhələsində bu gün baş tutacaq Azərbaycan – Serbiya görüşündə sensasiya gözləmədiyini bildirib.

- Hazırkı Azərbaycan yığması necə görünür?
- Sərt, çox yöndəmsiz komanda kimi görünür. Bu bir ifadə ola bilər, amma inanın ki, bu gün zəif yığma yoxdur. Azərbaycanı qiymətləndirməmək olmaz. Onları bir neçə matçda izlədim. Əsas təəssüratım belədir ki, müdafiədə son dərəcə çətin komandadır, çox yaxşı müdafiə olunurlar.

- Bəs Serbiya millisi barədə nə düşünürsünüz?
- Xüsusi enerjimiz var. Hər şey mənim üçün fenomenal görünür.

- Əksəriyyət Serbiya yığmasını oyunun favoriti sayır...
- Razıyam. Komandamızla birlikdə eyni təyyarədə idim. Atmosfer həqiqətən yaxşıdır, futbolçularda pozitiv ab-hava hökm sürür. Bu da nəticələr əldə etməyimizin şərtidir. İnsanların milliyə inamının yavaş-yavaş qayıtdığını görürəm. Buna sevindim. Vətənpərvər olmalı, ölkəmizi sevməliyik.

- Azərbaycan yığmasının bizi necə təəccübləndirəcəyini bilirik?
- Təkrar edirəm, onlara yuxarıdan aşağı baxmamalıyıq. Bir dəfə heç-heçə etdiyimiz və bir dəfə uduzduğumuz 2003-cü ildəki nəticələrin təkrarlanacağına inanmıram.