11:32 30-03-2021
news_image
172
FUTBOL

Bukmekerlər də yığmamıza inanmır – Serbiya ilə qarşılaşmada

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Serbiya oyununun əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüşdə qonaqları favorit hesab edir.

Bu gün baş tutacaq matçda Azərbaycanın qələbəsi 9,80, balkanlıların qalib gəlməsi 1,41 əmsaldır. Matçda heç-heçəyə 4,74 əmsal verilib.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.