22:20 30-03-2021
news_image
204
FUTBOL

Yığmamızdan aşkar məğlubiyyət - 7-dən 17-yə

Azərbaycan millisinin Serbiya ilə oyununun statistikası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsinin III turu çərçivəsində keçirilən görüşün göstəricilərini UEFA hesablayıb.

Bakı Olimpiya Stadionundakı görüşdə qonaqlar bütün komponentlərdə üstün olub. 1:2 hesabı ilə uduzan millimiz isə yalnız qaydanı daha çox pozmaqla “fərqlənib”.

Azərbaycan - Serbiya
Qollar – 1:2
Zərbələr – 7:17
Çərçivəyə zərbələr – 2:7
Çərçivəyə düşməyən zərbələr – 3:8
Bloklanan zərbələr – 2:2
Künc zərbələri – 2:9
Oyundankənar vəziyyət – 1:2
Topa sahibolma faizi – 38:62
Ötürmələr – 336:668
Dəqiq ötürmələr – 244:578
Ötürmələrin dəqiqlik faizi – 73:87
Sarı vərəqələr – 1:2
Qayda pozuntuları – 19:14