22:36 30-03-2021
news_image
206
FUTBOL

“Bu görüş ona görə deyildi” – de Byazidən Namiq Ələsgərov açıqlaması

“Azərbaycanda bombardir olmaqla beynəlxalq səviyyədə oynamaq fərqlidir”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı mütəxəssis Azərbaycan Premyer Liqasının bombardiri Namiq Ələsgərova güvənməməyinin səbəbini açıqlayıb. O, DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə Bakıdakı oyunundan (1:2) sonra keçirilən mətbuat konfransında Namiqi “23-lüy”ə salmamağına aydınlıq gətirməyə çalışıb: “Bütün oyunçuların klubdakı çıxışına da, məşqlərinə də baxıram. Deyə bilmərəm ki, Namiqi kənara atmışam. Onunla bağlı böyük ümidlərim var. Sadəcə, bu gün fiziki cəhətdən güclü rəqiblə oynayırdıq. Bu görüş ona görə deyildi. Ümid edirəm ki, gələcək matçlarda bizə köməyi dəyəcək”.