22:51 30-03-2021
news_image
217
FUTBOL

“Onlarla işləmək daha asan olar” – de Byazi asan iş axtarır

Ölkə xaricində çıxış edən futbolçuların əksəriyyətinin Azərbaycan millisinə çağırılmamağının səbəbi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu yığmanın baş məşqçisi Canni de Byazi açıqlayıb.

O, DÇ-2022-nin Serbiya ilə seçmə oyunundakı 1:2 hesablı məğlubiyyətdən sonra Eddi İsrafilov, Dmitri Nazarov kimi oyunçuları komandaya dəvət etməməsinə aydınlıq gətirib: “Hazırda daha çox bizim çempionatda olanları çağırırıq. Çünki onlarla işləmək daha asan olar. Gənc komandayıq, formalaşırıq. Çalışırıq ən doğru yolda gedək. Son illər millidə nəticələr yaxşı deyil. Bu tendensiyanı dəyişməyə çalışacağıq”.

İtaliyalı mütəxəssis xaricdə oynayan futbolçuları yetərincə istedadlı saymadığını da gizlətməyib: “Hazırda xaricdə o qədər də istedadlı oyunçularımız yoxdur. Bu səbəbdən diqqətimizi aşağı yaş qrupu üzrə yığmaların oyunçularına yönəldirik”.