22:53 30-03-2021
news_image
228
FUTBOL

“Aleksey İsayevi buna görə öldürməyə dəyməz” – baş məşqçi

Azərbaycan millisinin futbolçusu Aleksey İsayev yığmadakı debüt oyunundan sonra erməni şəxsin paylaşımına “qardaşım” yazmasının səhv olduğunu dərk edib.

Apasport.az saytının məlumatına görə, bunu yığmanın baş məşqçisi Canni de Byazi açıqlayıb.

O, DÇ-2022-nin Serbiya ilə Bakıdakı matçından (1:2) sonra keçirilən mətbuat konfransında milliləşən rusiyalı ilə bağlı qalmaqaldan danışıb. O, ictimaiyyətin narazılığına səbəb olan Alekseyi yığmadan birdəfəlik kənarlaşdırmağın əleyhinə olduğunu gizlətməyib: “O özü də başa düşür ki, çox böyük səhv edir. Ona görə də paylaşımı sildi. İsayevi buna görə öldürməyə dəyməz. Əsas odur ki, səhvini başa düşdü”.

Qeyd edək ki, İsayev onu debütü münasibətilə sosial şəbəkədə təbrik edən erməniyə “qardaşım” deməklə ciddi narazılıqlara səbəb olub, sonra bunu silib.