00:46 31-03-2021
news_image
258
FUTBOL

Azərbaycanla matçda itki ilə çıxacaq - Lüksemburq

Lüksemburq millisi Azərbaycanla oyuna itki ilə çıxacaq.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin IV turundakı rəqibimiz Maksim Şanonun xidmətindən məhrum olub.

Buna səbəb futbolçunun cəzalı duruma düşməsidir. O, Portuqaliya ilə bu gün keçirilən III turun qarşılaşmasında (1:3) ikinci sarı vərəqə üzündən qırmızı vərəqə alıb. Buna görə də Şano IV turu buraxacaq.

Qeyd edək ki, Lüksemburq – Azərbaycan oyunu sentyabrın 1-də keçiriləcək.