08:38 31-03-2021
news_image
258
FUTBOL

De Byazi ilə 12 xal – martdakı “qazanc”

Azərbaycan millisi FİFA reytinqində növbəti itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, buna yığmamızın DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə oyununda 1:2 hesabı ilə uduzması səbəb olub.

Komandamız Bakı Olimpiya Stadionundakı məğlubiyyət üzündən 5,6 xal itirib. Bununla da Canni de Byazinin yetirmələrinin mart “qazanc”ı 12 xal itkisinə çatıb.

Bunadək milli DÇ-2022-nin Portuqaliya ilə seçmə oyununda 0:1 hesabı ilə uduzan milli 3,4 xal, Qətərlə yoldaşlıq görüşündə 1:2 hesablı məğlubiyyətlə 3 xal itirib. Bir sözlə, son cədvəldə 1180 xala malik yığma bu rəqəmi 1168-ə endirib. Amma dünyanın 108-cisi olan Canni de Byazinin yetirmələrinin yeni mövqeyi qonşu pillələrdəki komandaların nəticəsindən asılı olacaq.