10:20 31-03-2021
news_image
97
FUTBOL

Həsəd apardığımız siyahı – Rəşad Sadıqov “20-lik”dən kənarda

Hər bir idmançının ən böyük arzusu ölkəsini beynəlxalq arenada təmsil etməkdir.

Apasport.az saytının məlumatına görə, bu da milli komandanın formasını geyinməkdən keçir.

Hər ölkədə yüzlərlə futbolçu yığmanın şərəfini qorumağa nail olsa da, onlardan yalnız biri ən çox matçda iştirak etmə rekorduna sahibdir. Azərbaycan millisində bu baxımdan rekordçu Rəşad Sadıqovdur. Hazırda “Zirə”nin baş məşqçisi olan sabiq kapitanın aktivində 111 matç var.

Bütün dünya üzrə yığmalarda ən çox oyun keçirən isə misirli Ahmed Hassandır. Karyerasını davam etdirənlərdən İspaniya millisinin kapitanı Serxio Ramosun bu rekordu yeniləmək şansı olduqca yüksəkdir. 35 yaşlı müdafiəçi daha 6 oyuna çıxarsa, Hassanı geridə qoyacaq. Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo isə siyahıda 10-cu pillədədir.

Millilərdə ən çox oyun keçirən 20 futbolçu:
1. Ahmed Hassan: Misir – 184 oyun
2. Bader Əl-Mutava: Küveyt – 181
3. Ahmad Mubarak: Oman – 180
4. Serxio Ramos: 179
5. Məhəmməd Əl-Deayi: Səudiyyə Ərəbistanı – 178
6. Klaudio Suares: Meksika – 177
7-9. Canluici Buffon: İtaliya – 176
7-9. Hossam Hassan: Misir – 176
7-9. Amer Şafi: İordaniya – 176
10. Kriştianu Ronaldo: Portuqaliya – 173
11. İvan Hurtado: Ekvador – 168
12-13. Vitali Astafyev: Latviya – 167
12-13. İker Kasilyas: İspaniya – 167
14-15. Maynor Fiqeroa: Honduras – 165
14-15. Andres Quardado: Meksika – 165
16. Kobi Cons: ABŞ – 164
17. Məhəmməd Əl-Xilaivi: Səudiyyə Ərəbistanı – 163
18. Adnan Əl Talyani: Birləşmiş Ərəb Əmirlikləri: 161
19-20. Yonq Çimodzi: Malavi – 159
19-20. Essam Əl-Hadari: Misir - 159