12:45 31-03-2021
news_image
232
FUTBOL

Bakıda dubl etməyin sirri - FOTOSESSİYA

DÇ-2022-nin Azərbaycanla seçmə oyununda iki qol vurmaqla Serbiya millisinə 2:1 hesablı qələbə qazandıran Aleksandar Mitroviç uğurlu çıxışının səbəbini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, yığmasının tarixində ən yaxşı bombardir olan hücumçu ailəsinin rolunu danılmaz sayır.

5 qolla seçmə mərhələnin Avropa zonasında da bombardir olan Mitroviç 17 yaşında ailə qurduğu həyat yoldaşı Kristina Yaniç, oğlu Luka və qızı Nadyadan güc aldığını gizlətməyib: “Tez ailə qurmuşam. Amma bu, mənim həyatımda baş verən ən gözəl hadisədir. Məşqdən, oyundan, uzaq səfərdən qayıdanda evdə məni gözləyən birisinin olması hissi daha çox çalışmağa, səylə məşq etməyə vadar edir. Hər şey çox sürətlə baş verdi. Ən gözəli isə ata olmağım idi. Bütün bunlar məni çox dəyişdi. Artıq mən özüm üçün ən vacib adam deyildim, ilk sırada ailəm, yoldaşım, uşaqlarım idi. Ona görə də hər dəqiqəmi onlarla keçirmək istəyirəm. Peşəkar futbola 15-16 yaşımda gəlmişəm. Ona görə də çox tez doymuşam. Bütün boş vaxtımı ailəmə həsr edirəm. Kristinaya ilk baxışdan aşıq oldum. Özümün ikinci yarımı çox tez tapdım. Bu da peşəkar idmançının karyerasında önəmli amildir. Mən təkcə gördüyüm ilk gündə deyil, indi də onu sevirəm”.