23:23 31-03-2021
news_image
68
FUTBOL

Ən yaxşı argentinalılar - Premyer Liqa tarixində

“Mançester Siti”nin hücumçusu Serxio Aqueronun mövsümün sonunda komandanı tərk edəcəyi dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, o, İngiltərə Premyer Liqası tarixinin ən yaxşı argentinalı futbolçusu hesab edilir.

Ümumiyyətlə, son 30 ildə Premyer Liqada 70-dən çox argentinalı oynayıb. Bəs onlar arasında ən yaxşılar kimlərdir? Bu yazı İngiltərədə çıxış etmiş ən yaxşı 20 argentinalı oyunçuya yer verəcəyik.

1. Serxio Aquero
Oynadığı klub: “Mançester Siti”

2. Karlos Tevez
Oynadığı klublar: “Vest Hem”, “Mançester Yunayted”, “Mançester Siti”

3. Xavyer Maskerano
Oynadığı klublar: “Vest Hem”, “Liverpul”

4. Pablo Zabaleta
Oynadığı klublar: “Mançester Siti”, “Vest Hem”

5. Nikolas Otamendi
Oynadığı klub: “Mançester Siti”

6. Esteban Kambiasso
Oynadığı klub: “Lester”

7. Conas Qutyerres
Oynadığı klublar: “Nyukasl”, “Norviç”

8. Fabritsio Koloççini
Oynadığı klub: “Nyukasl”

9. Xulio Arka
Oynadığı klublar: “Sanderlend”, “Midlsbro”

10. Qabriel Hayntse
Oynadığı klub: “Mançester Yunayted”

11. Ernan Krespo
Oynadığı klub: “Çelsi”

12. Xuan Sebastyan Veron
Oynadığı klublar: “Mançester Yunayted”, “Çelsi”

13. Manuel Lanzini
Oynadığı klub: “Vest Hem”

14. Erik Lamela
Oynadığı klub: “Tottenhem”

15. Klaudio Yakob
Oynadığı klub: “Vest Bromviç”

16. Emiliano Martines
Oynadığı klublar: “Arsenal”, “Aston Villa”

17. Leonardo Ulloa
Oynadığı klublar: “Lester”, “Brayton”

18. Xulian Speroni
Oynadığı klub: “Kristal Pelas”

19. Emiliano Buendia
Oynadığı klub: “Norviç”

20. Andres Dalessandro
Oynadığı klub: “Portsmut”