14:55 31-03-2021
news_image
90
FUTBOL

3 həftəlik sıradan çıxdı – Mahir Emreli

DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə oyunda zədələnən millimizin hücumçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.

Apasport.az-ın “Qarabağ”ın rəsmi saytına istinadən məlumatına görə, komandanın üzvü bu gün tibbi müayinədən keçib.

Yığmanın həkiminin müşayiəti ilə MRT (Maqnit Rezonans Tomoqrafiya) olunduqdan sonra Emrelinin sağ bud nahiyəsində arxa əzələnin 2-ci dərəcəli hissəvi yırtılması aşkarlanıb.

Həkimlərin ilkin diaqnozuna görə Mahir 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.