00:11 01-04-2021
news_image
173
FUTBOL

İstifadədə olan ən qədim stadionlar – XIX əsrdən...

Koronavirus pandemiyası səbəbindən artıq bir ildir ki, dünyanın bir çox futbol matçları boş tribunalar önündə keçirilir.

Apasport.az saytının məlumatına görə, istənilən oyuna ən azı futbolçuların meydandakı mübarizəsi qədər azarkeşlər də tribunadan rəng qatırlar.

Ancaq tamaşaçısız ən gözəl arena da səssizliyə qərq olur. Hər il isə dünyanın bir çox ölkəsində yeni-yeni stadionlar inşa edilir. Lakin ən sevilən arenalar uzun müddətdir istifadədə olanlardır.

Bu yazıda da hazırda da fəaliyyət göstərən ən qədim stadionları təqdim edəcəyik.

1. “Bremoll Leyn”
“Şeffild Yunayted”in ev oyunlarını keçirdiyi “Bremoll Leyn” dünyanın ən yaşlı stadionudur. 1855-ci il aprelin 30-da istifadəyə buraxılan arena 6 dəfə yenilənib. “Bremoll Leyn” London və Qlazqodan sonra beynəlxalq arenada bir oyuna ev sahibliyi edən stadion kimi də tarixə düşüb.

2. “Fild Mill”
“One Call” kimi də tanınan arena 1919-cu ildən “Mansfild Taun”un stadionudur. 1861-ci ildə açılan stadionun azarkeş tutumu 9186-dır.

3. “Tannadays Park”
“Tannadays Park” Şotlandiyanın ən köhnə stadionudur. 14 min azarkeş tutumuna malik arenaya 1966-cı il noyabrın 16-da baş tutan “Dandi Yunayted” – “Barselona” görüşündə 28 min azarkeş gəlib ki, bu da rekorddur. 1870-ci ildə istifadəyə verilən “Tannadays Park”a “Dandi Yunayted” 1909-cu ildən ev sahibliyi edir.

4. “Stemford Bric”
Siyahıdakı adlar arasında yəqin ki, hazırda ən tanınanı “Çelsi”nin stadionudur. 1876-cı ildə inşaatına başladılan “Stemford Bric” 28 aprel 1877-ci ildə ilk dəfə qapılarını azarkeşlərin üzünə açıb.

5. “Rodni Parad”
Uelsin ən qədim arenası. “Nyuport Kaunti” rəqiblərini burada qəbul edir. 1877-ci ildə açılan və daha çox reqbi oyunlarına ev sahibliyi edən “Rodni Parad”ın 7850 azarkeş tutumuna malikdir.

6. “Dipdeyl”
“Dipdeyl” bir klub tərəfindən ən uzun müddətdir istifadə olunan stadiondur. 1878-ci ildə istifadəyə verilən arenadan elə həmin vaxtdan “Preston” yararlanır. Əslində bu baxımdan rekord “Maydenhid Yunayted”dir. Lakin 1871-ci ildən eyni stadionda çıxış edən adıçəkilən komanda peşəkar klub deyil.