22:00 31-03-2021
news_image
272
FUTBOL

4-cü yerə yüksəldi - Canni de Byazi

DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə oyunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi üçün yubileylə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis bu postda 10-cu matçını keçirib.

De Byazi 10 qarşılaşmada yalnız 1 qələbəyə şahidlik edib. Bu da Kipr üzərində səfər qələbəsidir – 1:0. Çalışdırıcının başçılığı altında 4 heç-heçə də qeydə alınıb. Bunlar Sloveniya, Lüksemburq, Monteneqro və Kiprə qolsuz sülhlərdir.

Serbiyaya 1:2 hesablı məğlubiyyət sayca 5-ci olub. Lüksemburq və Qətərə də eyni hesabla uduzan millimiz Monteneqrodan iki, Portuqaliyadan bir cavabsız top buraxıb.

Yığmamızda çalışmış digər legioner baş məşqçilərin ilk 10 oyundakı nəticələri də maraq doğurur. Müvəqqəti baş məşqçi Qyoko Hacıyevski cəmi 3 matç iş başında olubsa, digərləri 10-a çata bilib.

Söhbət digər 4 əcnəbidən gedir. Onlardan üçü – Berti Foqts, Robert Prosineçki və Karlos Alberto Torres eyni nəticələr göstərib. Hər üç legioner 2 qələbə, 4 heç-heçə və 4 məğlubiyyət görüb. Onların hər biri De Byazini 1 qələbə üstələyib.

Bu “üçlük”dən geri qalan italiyalı yalnız Nikola Yurçeviçi üstələyir. Millidəki işi elə 10 oyundan ibarət olan xorvatiyalı 2 heç-heçə az edib.

Yığmamızın əcnəbi baş məşqçiləri ilk 10 oyunda

Berti Foqts

10

2

4

4

7-11

10

Robert Prosineçki

10

2

4

4

8-13

10

Karlos Alberto Torres

10

2

4

4

11-18

10

Canni de Byazi

10

1

4

5

4-9

7

Nikola Yurçeviç

10

1

2

7

8-20

5