17:12 31-03-2021
news_image
123
FUTBOL

18 ildir qol vurur – millidə

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo qeyri-adi göstəriciyə imza atıb.

Apasport.az saytının məlumatına görə, hücumçu ardıcıl 18 ildə yığmada qol vurub.

O, 2021-ci ildə ilk qolunu Lüksemburqla DÇ-2022-nin seçmə mərhələsinin oyununda (3:1) rəqib qapısından keçirib. Bunadək Ronaldo ardıcıl 17 təqvim ilini qolsuz tərk etməyib.

O, ilk dəfə 2004-cü ildə millidə fərqlənib. Kriştianonun ən məhsuldar ili 14 qola imza atdığı 2019-cu il olub.

Qeyd edək ki, yığmada vurulan qolların sayına görə dünyada 2-ci olan Kriştiano 103 dəfə fərqlənib. O, 109 topa imza atan iranlı Əli Daei ilə fərqi 6-ya endirib.