17:29 31-03-2021
news_image
128
FUTBOL

Daha bir yoluxma – “Qalatasaray”da

“Qalatasaray” yeni koronavirus testinin nəticələrini açıqlayıb.

Apasport.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə bir oyunçunun virusa yoluxduğunu bəyan edib.

Bildirilib ki, Türkiyə millisinin düşərgəsindən döndükdən sonra testdən keçirilən adı açıqlanmayan həmin şəxsin cavabı pozitiv olduğu üçün karantinə alınıb.

Qeyd edək ki, “Qalatasaray”ın bir futbolçusu da Türkiyə yığmasında olarkən koronavirusa yoluxmuş və karantinə alınaraq müalicəsinə başlanılmışdı.