09:08 01-04-2021
news_image
117
FUTBOL

20 ildən sonra uduzdu - Almaniya millisi

Almaniya millisinin uğurlu seriyaları qırılıb.

Apasport.az saytının məlumatına görə, Bundestim dünya çempionatlarının seçmə mərhələlərində 20 ildən sonra uduzub.

Yoahim Lövün yetirmələri DÇ-2022-nin seçmə görüşündə Şimali Makedoniyaya məğlub olub – 1:2. Almaniya sonuncu dəfə 2001-ci ildə İngiltərəyə 1:5 hesabı ilə uduzub. Ümumiyyətlə, DÇ-lərin seçmə mərhələlərində cəmi 3 dəfə uduzan Bundestim ilk dəfə 1985-ci ildə Portuqaliyaya yenilib – 0:1.

Bununla da 35 oyunluq məğlubiyyətsiz seriya başa çatıb. Bunlardan 30-da qələbə, 5-də heç-heçə qeydə alınıb.  Makedoniyalılarla qarşılaşmada həm də 18 matçlıq qələbə seriyası qırılıb.