09:32 01-04-2021
news_image
117
FUTBOL

Xala həsrət 9 millidən biri – Azərbaycan

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin mart oyunları başa çatıb.

Apasport.az saytının məlumatına görə, “Köhnə qitə”nin 55 yığması ilk üç turun qarşılaşmalarına çıxıb.

Azərbaycan yığması A qrupunda keçirdiyi hər iki görüşdə uduzub. Canni de Byazinin yetirmələri Portuqaliyaya 0:1, Serbiyaya 1:2 hesabı ilə məğlub olub.

Millimiz xal toplaya bilməyən 9 komandadan biridir. Yığmamızdan başqa yalnız 8 iştirakçı bütün görüşlərdə uduzub.

Onlardan dördü 3 qarşılaşmada məğlubiyyətlə üzləşib. Bunlar Cəbəllütariq (G qrupu), Andorra, San-Marino (İ qrupu), Lixtenşteyn (J qrupu) milliləridir.

Digər 5 uğursuz isə iki məğlubiyyət alıb. Bu komandalar İrlandiya, Azərbaycan (A qrupu), Kosovo (B qrupu), Litva (C qrupu), Estoniya (E qrupu) yığmalarıdır.