10:54 01-04-2021
news_image
426
FUTBOL

Ən yaddaqalan idman zarafatı – 23 il öncə

Gülüş günü kimi tanınan 1 aprellə bağlı ən yaddaqalan idman zarafatı 1988-ci ildə yaşanıb.

Apasport.az saytının məlumatına görə, SSRİ mətbuatı ciddi olduğundan “İzvestiya” qəzetində yer alan məqalə əksəriyyət tərəfindən həqiqət kimi qəbul edilib.

Həmkarlarımız Moskva “Spartak”ının Dieqo Maradonanı transfer edəcəyini yazıb. Məşhur nəşrdə rusiyalıların İtaliya “Napoli”si ilə keçidlə bağlı razılıq əldə etdiyini əksini tapıb.

Hətta transferin qiymətinin də 6 milyon dollar olduğu bildirilib. Qərb mətbuatı SSRİ-də hansısa qəzetin zarafat edəcəyini ağlına belə gətirə bilməyib. Nəticədə “Assoсiated Press” kimi nüfuzlu agentlik daxil olmaqla bir sıra KİV-lər məlumatı yayıb. “İzvestiya” isə ertəsi gün məsələyə aydınlıq gətirib. Bundan sonra da bir neçə həftə redaksiyaya zənglər edərək məsələ ilə maraqlananlar tapılıb.

Qeyd edək ki, əfsanəvi Maradona ötən il 60 yaşında dünyasını dəyişib.