11:24 01-04-2021
news_image
90
FUTBOL

Loqosunu bəyənməyib dəyişənlər – son 10 ildə

Futbol klublarının loqoları ən az adları qədər önəmlidir.

Apasport.az saytının məlumatına görə, bəzi azarkeşlər üçün illərdir sevilən loqoların dəyişdirilməsi qəbuledilməzdir.

Ancaq son illər bu cür hallara tez-tez müşahidə olunmağa başlayıb. Bu yazıda da son 10 ildə loqosunu dəyişdirən klublara göz gəzdirəcəyik.

“Styaua”
Siyahıdakı komandalar arasında, bəlkə də, yeganə klub “Styaua”dır ki, loqosunu məcburiyyətdən dəyişib. Rumıniyanın ən titullu komandası sayılan “Styaua” 2015-ci ildə ad haqqını Rumıniya Müdafiə Nazirliyinə məhkəmədə uduzub. Bu səbəbdən klubun adı FCSB kimi dəyişdirilib. Loqodakı “Styaua” yazısı da məcburiyyətdən çıxarılıb.

PSJ
Fransa klubu 2013-cü ildə loqoda dəyişikliyə əl atıb. Əvvəlki loqoda çiçəyin altında yer alan beşikə bənzər şəkil silinib. Həmçinin klubun quruluş ili olan 1970 də yeni loqoda əks etdirilməyib.

“Aston Villa”
“Aston Villa” 2016-cı ildə kiçik iki dəyişikliklə yeni loqosunu təqdim edib. “Hazırlanıldı” yazısı loqodan çıxarılıb, şəkildəki aslanın isə pəncələri açılıb.

“Atletiko”
Madrid təmsilçisində loqo dəyişikliyi yaxın zamana təsadüf edib. Loqonun yuxarısında bəzi dəyişikliklər olunub. Həmçinin loqonun içində də sürpriz detallara yer verilib. Ancaq “Atletiko” fanatları bundan məmnun qalmayıblar.

“Everton”
Liverpul təmsilçisinin 2013-cü ildəki yeni dizaynı əvvəlkindən o qədər də fərqlənmirdi. İngiltərə futbol tarixində aşağı liqaya yuvarlanmayan yeganə klub olan “Everton” loqoya quruluş ili olan 1878-i əlavə edib. “Ən yaxşısından başqa heç nə yetərli deyil” ifadəsi silinsə də, 22 min azarkeşin yazılı müraciətindən sonra geri qaytarılıb.

“Mançester Siti”
Ciddi maliyyə yatırımları sayəsində Premyer Liqa nəhənglərindən birinə çevrilən “Mançester Siti” 2015-ci il oktyabrın 15-də loqosunu dəyişib. Şəkildəki qartal və üç ulduz silinib. Keçmiş loqoda çox göz önündə olmayan gəmi ön plana çıxarılıb.

“Yuventus”
Yaxın müddətdə loqo dəyişikliyinə əl atan klublardan biri də “Yuventus”dur. Keçmiş loqodan, demək olar ki, əsər-əlamət qalmayıb. Futbol dünyası tərəfindən sevilən loqo ləğv olunub, yerini çox sadə yeni loqoya verib. Azarkeşlər bunu ənənəyə zidd hərəkət hesab edirlər.

“İnter”
Loqo dəyişikliyi axınına qatılan son klub A seriyasının lideri “İnter”dir. Klassik sarı xətlər ləğv olunub, həmçinin şəkildəki tək ulduz da silinib.