12:22 01-04-2021
news_image
107
FUTBOL

Ən böyük darmadağınlar - millimizin 0:8-lə düşmədiyi siyahı

DÇ-2022-nin seçmə mərhələsinin Asiya zonasında keçirilən Monqolustan – Yaponiya oyunu tarixə düşüb.

Apasport.az saytının məlumatına görə, qonaqların 14 cavabsız qol vurduqları matç dünya çempionatlarının seçmə mərhələləri tarixinin ən böyükhsablı nəticələri sırasına düşüb.

Bu baxımdan rekord Avstraliyaya məxsusdur. Adıçəkilən komanda 2001-ci ildə Amerika Samoası ilə görüşdə rəqibi 31 dəfə mərkəzə dəvət edib.

Maraqlıdır ki, ən böyük darmadağınlar sırasında Avropa zonasından heç bir oyun düşməyib. Azərbaycan millisinin isə dünya çempionatının seçmə mərhələsindəki ən böyükhesablı məğlubiyyəti 2005-ci il martın 26-na təsadüf edib. DÇ-2006-nın təsnifat qarşılaşmasında yığmamız Polşaya 0:8 hesabı ilə yenilib.

DÇ-lərin seçmə mərhələlərinin ən böyük darmadağınları:
1. Avstraliya - Amerika Samoası – 31:0 (2001)
2. Avstraliya - Tonqa - 22:0 (2001)
3. İran - Quam - 19:0 (2000)
4-5. Tacikistan - Quam - 16:0 (2000)
4-5. Fici - Tuvalu - 16:0 (2007)
6-7. Vanuatu - Amerika Samoası - 15:0 (2007)
6-7. Qətər – Bəhreyn - 15:0 (2015)
8-9. İran - Kamboca - 14:0 (2019)
8-9. Monqolustan – Yaponiya - 0:14 (2021)
10-11. Fici - Amerika Samoası - 13:0 (2001)
10-11. Bermuda - Montserrat - 13:0 (2004)
12-17. Oman - Laos - 12:0 (2001)
12-17. Salvador – Angilya - 12:0 (2008)
12-17. Bruney – Birləşmiş Ərəb Əmirlikləri - 0:12 (2001)
12-17. Suriya – Filippin - 12:0 (2001)
12-17. Çin - Butan - 12:0 (2015)
12-17. Maldiv adaları – Monqolustan - 12:0 (2003)