15:24 01-04-2021
news_image
90
FUTBOL

Liftdə qaldı - Luis Enrike və köməkçiləri

İspaniya millisinin baş məşqçisi Luis Enrike xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, hadisə DÇ-2022-nin seçmə mərhələsinin Kosovo ilə dünənki oyunundan əvvəl baş verib.

Çalışdırıcı və köməkçilərindən bir neçəsi matçın keçiriləcəyi stadiona gedərkən məskunlaşdıqları otelin liftində qalıb. Onun liftdən çıxarılmasına təxminən 1 saat vaxt lazım gəlib.

Həmin müddət ərzində komandanı aparan avtobus da yola düşüb. Nəticədə Enrike və yanındakılar qarşılaşmaya gecikiblər.

Qeyd edək ki, İspaniya III turun matçında Kosovonu 3:1 hesabı ilə məğlub edib.