16:01 01-04-2021
news_image
108
FUTBOL

Halandın atası və agenti Barselonada – danışıqlar üçün

Norveç millisinin və Dortmund “Borussiya”sının futbolçusu Erlinq Halandın “Barselona”ya keçidi reallaşa bilər.

Apasport.az saytının məlumatına görə, hücumçunun atası Alf-İnqe Haland və agenti Mino Rayola danışıqlar üçün İspaniyanın Barselona şəhərinə gedib.

Onları klub prezidenti Joan Laportaya yaxın şəxslər qarşılayıb. Onların La Liqa təmsilçisi ilə danışıqlar aparmaq üçün səfər etdikləri gözlənilir.

Qeyd edək ki, “Borussiya” futbolçusunu 180 milyon avro ilə dəyərləndirir.