16:33 01-04-2021
news_image
274
DİGƏR NÖVLƏR

Bədəninin bir hissəsini satdı – xorvatiyalı tennisçi

Xorvatiya tennisçisi Aleksandra Oleynikova bədəninin bir hissəsini satıb.

Apasport.az saytının məlumatına görə, Ukrayna paytaxtı Kiyevdə anadan olan 20 yaşlı idmançı sağ əli və çiyninə tatu qoydurmaq hüquqlarını hərracda satışa çıxarıb.

Dünyanın 658-ci raketkası bu satışdan 3 kriptovalyuta (təxminən 5415 dollar) qazanıb. 15x8 sm hissəyə tatu yerləşdirmək hüququna “JumpHigh” ləqəbli istifadəsi sahib çıxıb.

Qeyd edək ki, Oleynikovanın bədənində 9 tatu var.