22:51 01-04-2021
news_image
61
FUTBOL

Paulo Dibala və 2 komanda yoldaşı qaydaları pozdu - qalmaqal

İtaliyanın “Yuventus” klubunun futbolçuları qalmaqala səbəb olub.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisinin üç oyunçusu koronavirus qaydalarını pozub.

Polislər “byankoneri”nin yarımmüdafiəçisi Ueston Makkenninin evinə gedib. Onlara komendant saatı zamanı tədbir təşkili ilə bağlı məlumat daxil olub.

Yalnız bir saata evə daxil ola bilən polis orada 20 şəxsin olduğunu müəyyənləşdirib. Onlar arasında ev sahibi ilə yanaşı, komanda yoldaşları Artur Ramosla Paulo Dibala da olub.

Klub rəhbərliyinin hər üç oyunçunu cəzalandıracağı gözlənilir. Lakin cəzanın nədən ibarət olacağı bəlli deyil.