17:59 01-04-2021
news_image
139
FUTBOL

151 milyon dollar dəyəri olan 650 kq kokainlə tutuldu – Olimpiya mükafatçısı

Kanoedə avarçəkmə üzrə Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı Natan Baqqali və kiçik qardaşı Dryu Avstraliyaya kokain keçirmək cəhdində günahkar hesab olunub.

Apasport.az saytının məlumatına görə, onlar 151 milyon dollar dəyəri olan 650 kiloqram narkotik maddə keçirməyə çalışıb.

Brisben ali məhkəməsi onlar günahkar hesab edib. Cinayətkarlarla bağlı hökm sonradan oxunacaq.

Baqqali əvvəldə mühakimə olunub. O, narkotik maddələrin hazırlanması və satışına görə həbs edilib. 2009-cu ildə 5 illik həbsə məruz qalan Natan sonradan qardaşı ilə birlikdə narkotik istehsalına görə də tutulub.

Qeyd edək ki, kanoeçi 2005-ci ildə qadağan olunmuş preparatlardan istifadəyə görə 2 illik diskvalifikasiya edilib.