08:56 02-04-2021
news_image
99
FUTBOL

Andorra ilə matçla hazırlaşacaq – Azərbaycanla oyuna

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən İrlandiya yığması yoldaşlıq görüşləri keçirəcək.

Apasport.az saytının məlumatına görə, komanda iyunda iki matçda qüvvəsini sınayacaq.

Stefan Kenninin yetirmələri həmin ayın 3-də Andorranın qonağı olacaqsa, 5 gün sonra Macarıstanla üz-üzə gələcək. Macarlarla matçın məkanı hələlik bəlli deyil. Bu oyunlar sentyabrda Portuqaliya və Azərbaycana qarşı keçiriləcək rəsmi görüşlərə hazırlıq xarakteri daşıyacaq.

Qeyd edək ki, İrlandiya yığması seçmə mərhələnin ilk iki turunda Serbiya (2:3) və Lüksemburqa (0:1) məğlub olub. Sentyabrın 1-də Portuqaliyanın qonağı olacaq irlandlar həmin ayın 4-də millimizi qəbul edəcək.