10:02 02-04-2021
news_image
271
FUTBOL

Obradoviç həbs olundu – 15 aylıq

Serbiyalı futbol hakimi Srcan Obradoviç 15 aylıq həbs cəzasına məhkum olunub.

Apasport.az saytının məlumatına görə, referi həm də futbol fəaliyyətindən 10 il müddətinə uzaqlaşdırılıb.

Buna Serbiya çempionatının “Spartak” – “Radniçki” görüşündəki (2:0) idarəçilik səbəb olub. 2018-ci ilin mayında keçirilən matçda bir sıra kobud səhvlər edən Obradoviç qonaqların qapısına əsassız penalti də verib.

Novi-Sad məhkəməsi referini vəzifələrindən sui-istifadədə təqsirli bilib. Araşdırma ilə korrupsiya ilə mübarizə şöbəsi məşğul olub. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Spartak” bu hakim səhvlərindən üstünlük qazanıb.