11:45 02-04-2021
news_image
148
FUTBOL

Autsayder sevgisi – de Byazinin

Azərbaycan millisinin martda keçirdiyi oyunlarda 8 klubun üzvləri meydana çıxıb.

Apasport.az saytının məlumatına görə, bunlardan yeddisi Azərbaycan Premyer Liqasını, biri Ukraynanı təmsil edir.

Baş məşqçi Canni de Byazi ən çox “Qarabağ”ın oyunçularına güvənib. Son illərin dəyişməz çempionu artıq uzun müddətdir milliyə daha çox futbolçu verməkdə liderdir. Ağdam təmsilçisinin 8 üzvü ümumilikdə 17 oyun keçirib.

İkinci pillənin sahibi təəccüb doğurur. De Byazinin qeyri-adi autsayder sevgisinin nəticəsi olaraq Premyer Liqanın sonuncusu “Sabah”ın 5 üzvü 9 matça çıxıb. İlk “üçlüy”ü “Sumqayıt” qapayır. “Gənclik şəhəri” təmsilçisinin 5 oyunçusu 8 dəfə şans qazanıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yalnız bir klubu – “Qəbələ” son üç görüşdə de Byazinin etimadını qazanmayıb.

Millidə təmsilçi sayı
“Qarabağ” – 17 oyun (8 futbolçu)
“Sabah” – 9 (5)
“Sumqayıt” – 8 (5)
“Neftçi” – 6 (3)
“Keşlə” – 3 (2)
“Minay” – 3 (1)
“Zirə” – 1 (1)
“Səbail” – 1 (1)