12:22 02-04-2021
news_image
143
FUTBOL

Yarımmüdafiəçilərini dəyişir – Avropa nəhəngləri

“Mançester Yunayted” və “Yuventus” klubları arasında futbolçu dəyişikliyi baş tuta bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb hər iki rəhbərliyin qarşı tərəfin bir oyunçusuna göz dikməsidir.

“Qırmızı şeytanlar” Adrien Rabyo, “qoca sinyora” isə Donni van de Bekin xidmətində maraqlıdır. Yarımmüdafiəçilərin dəyişdirilməsi üçün klublar arasında danışıqlara artıq start verilib. Adıçəkilən futbolçular özləri də hazır komandalarını dəyişməyin əleyhinə deyillər.

Qeyd edək ki, Adrien Rabyo 2019-cu ildən “Yuventus”da, Donni van de Bek isə ötən ildən “Mançester Yunayted”də çıxış edir.