12:44 02-04-2021
news_image
78
FUTBOL

50 zədəli, 49 qol - qeyri-adi göstərici

“Real” cari mövsüm qeyri-adi göstərici ilə diqqət çəkir.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisinin zədəli sayı La Liqada vurduğu qoldan çoxdur.

Son olaraq kapitan Serxio Ramos millinin heyətində xəsarət alaraq cari mövsüm “kral klubu”nun heyətində 50-ci zədəli olub. Halbuki Zinəddin Zidanın yetirmələri çempionatda 49 qol vurub. Hazırda Ramosla yanaşı, Eden Azar, Toni Kroos, Mariano Diaz, Alvaro Odriozola və Federiko Valverde zədədən əziyyət çəkir.

Qeyd edək ki, La Liqada 3-cü pillədə qərarlaşan “Real” lider “Atletiko”dan 6 xal geri qalır.