15:16 02-04-2021
news_image
142
FUTBOL

Mövsümdə 100 qolu keçənlər – son 50 ildə

Mövsüm ərzində çempionatda 100 qol səddini keçmək olduqca çətin tapşırıqdır.

Apasport.az saytının məlumatına görə, dünya futbolunda az olsa da, bu cür hallar yaşanıb.

Cari mövsüm “böyük beşlik” ölkələrindən yalnız “Bavariya” buna yaxın görünür. Münhen təmsilçisi Almaniya Bundesliqasında cari mövsüm 78 dəfə fərqlənib.

“Bavariya” son 8 turda daha 22 qol vursa, 39 ildən sonra 100 topa çatmağı bacaracaq və “Top-5” liqada bunu ikinci dəfə reallaşdıran yeganə komanda olacaq.

Son 50 ildə isə “böyük beşlik”də cəmi 9 klub mövsüm ərzində daxili çempionatda 100 qolu keçə bilib. Həmin siyahı aşağıdakı kimidir:

1. “Real” (2011-12) - 121 qol
Bombardiri: Kriştianu Ronaldo - 46 qol

2. “Ayaks” (2018-19) - 119 qol
Bombardiri: Duşan Tadiç - 28 qol

3. “Barselona” (2016-17) - 116 qol
Bombardiri: Lionel Messi – 37 qol

4. PSJ (2017-18) - 108 qol
Bombardiri: Edinson Kavani – 28 qol

5. “Monako” (2016-17) - 107 qol
Bombardiri: Edinson Kavani – 35 qol

6. “Mançester Siti” (2017-18) - 106 qol
Bombardiri: Serxio Aquero – 21 qol

7. “Çelsi” (2009-10) - 103 qol
Bombardiri: Didye Droqba – 29 qol

8. “Bavariya” (1971-72) - 101 qol
Bombardiri: Gerd Müller – 40 qol

9. “Liverpul” (2013-14) - 101 qol
Bombardiri: Luis Suares – 31 qol