15:41 02-04-2021
news_image
174
FUTBOL

“Yaxşı olar ki, evdən çıxmasınlar” – milli üzvlərinə çağırış

“Şübhə etmirəm ki, azarkeşlər komandamızı fitə basardı”. 

Apasport.az saytının məlumatına görə, bunu Almaniya millisinin sabiq futbolçusu və baş məşqçisi Yurgen Klinsmann deyib.

56 yaşlı mütəxəssis Bundestimin DÇ-2022-nin seçmə mərhələsində Şimali Makedoniyaya məğlubiyyətinə şərh verib. Dünya və Avropa çempionu 1:2 hesabı ilə uduzduqdan sonra oyunçulara evdən çıxmamağı məsləhət görüb: “Təsəvvür edin ki, dünya çempionatının seçmə mərhələsində 60-80 min azarkeş önündə oynayırsan və Şimali Makedoniyaya uduzursan. Almaniya kimi aparıcı bir komanda ilə belə hadisə baş verəndə, insanlar dərhal baş verənlərin miqyasını hiss etdirir. Əminəm ki, yığmanın heç bir üzvü indi mağazaya getməyəcək. Əks-halda istənilən ifadəni eşidə bilər. Yaxşı olar ki, onlar bir neçə gün evdən çıxmasın”.

Qeyd edək ki, seçmə mərhələnin III turu çərçivəsində keçirilən Almaniya – Şimali Makedoniya qarşılaşması koronavirus pandemiyası üzündən azarkeşsiz keçirilib.