16:43 02-04-2021
news_image
147
DİGƏR NÖVLƏR

Universiada təxirə salındı – koronavirusa görə

Tələbələrin Ümumdünya Yay Universiadası təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Universitet İdmanı Federasiyası (FİSU) verib.

Azərbaycan idmançılarının da qatılmalı olduğu Çinin Çendu şəhərindəki Universiada 2022-ci ilə keçirilib. Bu il təşkil olunması planlaşdırılan yarışın təxirə düşməsinə koronavirus pandemiyası səbəb olub.

Qeyd edək ki, Çenduda keçirilən yarış avqustun 18-29-da keçirilməli idi.