17:08 02-04-2021
news_image

Daşkənddə olacaq – dünya çempionatı

Kişi boksçular arasında 2023-cü ildə təşkil olunacaq dünya çempionatının yeri bəlli olub. Bunu AİBA-nın prezidenti Umar Kremlyov açıqlayıb. 

O bildirib ki, 2023-cü ildə keçiriləcək mundiala Özbəkistan ev sahibliyi edəcək. Yarış bu ölkənin paytaxtı Daşkənddə olacaq. 

Dünya çempionatının keçirilmə tarixi hələ dəqiqləşməyib. 

Qeyd edək ki, 2021-ci ilin dünya çempionatı Serbiyanın paytaxtı Belqradda keçirilməlidir.