17:44 02-04-2021
news_image
2991
FUTBOL

Onu yenidən milliyə çağırır - AFFA

“Sumqayıt”ın sabiq futbolçusu Əmir Ağayevin yenidən Azərbaycan millisinə çağırılması gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Canni de Byazinin daha keyfiyyətli futbolçular tələb etməsi ilə hərəkətə gələn AFFA Yunanıstanın “Atromitos” klubunun yarımmüdafiəçisini növbəti toplanışa dəvət etməyi planlaşdırır.

Ağayev ilk dəfə ötən ilin sentyabrında Millətlər Liqasının Lüksemburq və Kiprlə oyunlarına çağırılsa da, FİFA-nın müraciətə gec cavab verməsi səbəbindən heyətə cəlb olunmayıb.

“Atromitos”un əsas heyət üzvlərindən olan hücumameyilli oyunçunun performansı de Byazinin də ürəyincə olduğundan, italiyalı mütəxəssis onu sərəncamında görməkdə maraqlıdır. Assosiasiya növbəti toplanışa qədər Ağayevin çağırılması ilə bağlı heç bir əngəlin qalmamasına çalışır.

Qeyd edək ki, Əmir Ağayev 2021-ci ildə Yunanıstan Super Liqasında meydana çıxdığı 12 oyunda 3 qola imza atıb.