00:54 03-04-2021
news_image
103
FUTBOL

“Ronaldoya “pis” deyənin futboldan başı çıxmır” – sabiq “Yuventus”lu

“Yuventus”un sabiq futbolçusu Felipe Melo Turin klubunun hücumçusu Kriştianu Ronaldo barədə fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, hazırda “Palmeyras”da çıxış edən 38 yaşlı yarımmüdafiəçi portuqaliyalı superulduzun ünvanına tərif yağdırıb.

Onun fikrincə, Ronaldonu heç kim tənqid etməməlidir: “Ronaldonu necə tənqid etmək olar? O və Messi həyatım boyu gördüyüm ən yaxşı futbolçulardır. Bir çempiondan, simvoldan, təkcə “Yuventus”un yox, dünya futbolunun əfsanəsindən danışırıq. Ronaldoya “pis” deyənin futboldan başı çıxmır. A seriyası ona sahib olduğu üçün şanslıdır”.

Qeyd edək ki, Felipe Melo 2009-2011-ci illərdə “Yuventus”da çıxış edib.