10:24 03-04-2021
news_image
120
FUTBOL

Ronaldodan dəstək – zədəli Fatiyə

Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo növbəti təqdirəlayiq hərəkəti ilə diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, hücumçu “Barselona”nın zədədən əziyyət çəkən futbolçusu Ansu Fatiyə dəstək nümayiş etdirib.

Ronaldo mövsümün qalan hissəsini buraxmaq təhlükəsi ilə üzləşən gənc oyunçuya instaqram paylaşımı ilə dəstək olub: “Sən tezliklə dönəcəksən, irəli!”.

Qeyd edək ki, Fati ötən ilin noyabrında “Betis”lə qarşılaşmada zədələnib. Sonradan əməliyyat olunan futbolçunun bir müddət əvvəl meydana dönəcəyi gözlənilsə də, növbəti əməliyyat zərurəti də üzə çıxıb.