13:13 03-04-2021
news_image
59
FUTBOL

“Tottenhem”ə keçir - Şkrinyar

Slovakiya millisinin futbolçusu Milan Şkrinyar karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, “Tottenhem” İtaliya “İnter”inin müdafiəçisinin keçidi ilə bağlı danışıqları yekunlaşdırmaq üzrədir.

Şkrinyar bu ilin yayında London klubuna keçməlidir. Onun milanlılarla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Futbolçunun dəyəri 55 milyon avro ilə qiymətləndirilir.

Qeyd edək ki, Şkrinyar cari mövsümün 30 matçında 3 qol vurub.