13:41 03-04-2021
news_image
218
FUTBOL

Hakimləri açıqlandı - "Qarabağ" və "Neftçi"nin oyunlarının

Azərbaycan Premyer Liqasında XXI turun ikinci gününün oyunları üçün bütün təyinatlar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, III dövrənin son matçlarının hakimləri də bəlli olub.

“Neftçi” – “Sumqayıt” oyununda İnqilab Məmmədov fit çalacaq. “Sabah” –“ Qəbələ” görüşü Rəhim Həsənova həvalə edilib. Rəvan Həmzəzadə “Keşlə” – “Qarabağ” qarşılaşmasının baş hakimi olacaq.

Azərbaycan Premyer Liqası
XXI tur

4 aprel (bazar)

“Neftçi” – “Sumqayıt”
Hakimlər:
İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Bakcell Arena”, 16:30

“Sabah” –“ Qəbələ”
Hakimlər:
Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”, 17:30

“Keşlə” – “Qarabağ”
Hakimlər:
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASK Arena”, 18:30