22:05 03-04-2021
news_image
235
FUTBOL

Peterburqu göstərdilər, Vladiqafqaza apardılar – agentlərin fırıldağı

Agentlərin futbolçu transferi zamanı əl atdığı fırıldaqlardan biri üzə çıxıb.

Apasport.az saytının məlumatına görə, bu hadisə 9 il öncə baş verib.

Rusiyanın “Alaniya” klubuna dəvət olunan macarıstanlı Tamaş Prişkin uşaq kimi aldadılıb. Bunu futbol agenti Marat Xinçaqov açıqlayıb: “Keçmişdə belə bir şey də olub. Futbolçunu “Alaniya”ya gətirmək üçün agentləri ona Vladiqafqaz əvəzinə Peterburqun şəkillərini göstərib. Bu, “İpsviç”dən olan Tamaş Prişkin idi”.

Qeyd edək ki, hücumçu 2012-13-cü illərdə “Alaniya”da 35 oyun keçirib və 14 qol vurub.