14:49 03-04-2021
news_image
186
FUTBOL

“Spartak” klub tapmağı tövsiyə etdi – Quliyevə

Rusiyanın “Spartak” klubu futbolçusu Ayaz Quliyevin xidmətində maraqlı deyil.

Apasport.az saytının məlumatına görə, Moskva təmsilçisi artıq 24 yaşlı oyunçuya özünə klub tapmağı tövsiyə edib.

Lakin Azərbaycan köklərinə malik yarımmüdafiəçi müqaviləsinin başa çatacağı 2023-cü ilin yayına kimi “Spartak”da qalmaqda israrlıdır. O, 2020-ci ilin mayında serb məşqçi Vlad Çepzanoviçlə münaqişə səbəbindən “Spartak-2”yə göndərilib.

Qeyd edək ki, Ayaz əsas komandada son matçını 2019-cu il noyabrın 4-də keçirib.