22:32 03-04-2021
news_image
112
FUTBOL

Milan yolunda - İliçiç

İtaliyanın “Milan” klubu yay transfer pəncərəsində ön xətti gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, “rossonyeri” “Atalanta”nın hücumameylli yarımmüdafiəçisi Yosip İliçiçi transfer etməkdə maraqlıdır.

33 yaşlı sloveniyalı ilə danışıqlara da start verilib. Baş məşqçi Can Pyero Qasperini ilə münasibətləri korlanan İliçiç Berqamo təmsilçisindən ayrılmaq arzusundadır.

Qeyd edək ki, Yosip cari mövsümün 21 matçında 5 qol və 7 assistə imza atıb.