00:04 04-04-2021
news_image
74
FUTBOL

“Hər iki titul üçün döyüşəcəyik” - Kazemiro

İspaniyanın “Real” klubu həm Çempionlar Liqası, həm La Liqanın qalibi olmaq üçün sonadək mübarizə aparacaq.

Apasport.az saytının məlumatına görə, bunu Madrid təmsilçisinin futbolçusu Karlos Kazemiro açıqlayıb.

O bildirib ki, hər iki turnirdə titul qazanmaq iddiasındadırlar: “Bütün dünya bilir ki, biz buna qadirik və bunu etmək gücündəyik. Biz də sonadək mübarizə aparacağıq. Çox çətin olduğunu başa düşürük. Amma hər iki titul üçün döyüşəcəyik”.