20:02 03-04-2021
news_image

Zelim Kotsoyev çempion oldu - Uşanqi Kokauri uduzdu

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri başa çatıb.

Apasport.az saytının məlumatına görə, yarışın son günündə Azərbaycan millisinin üç cüdoçusu tatamı üzərinə çıxıb.

Zelim Kotsoyev (100 kq) qızıl medala sahib çıxıb. 1/16 finaldan mübarizəyə başlayan milliləşən legioner Kiril Mare (Fransa), Zlatko Kumriç (Xorvatiya), Kayhan Özçiçək-Takagi (Avstraliya) və Qriqori Minaşkinə (Estoniya) qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə yaponiyalı Aron Volfu da məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Eyni çəkidə çıxış edən Elmar Qasımov ikinci mərhələdə yarışla vidalaşıb. İsaak Bezzinaya (Malta) qalib gələn cüdoçumuz Kayhan Özçiçək-Takagi (Avstraliya) önündə aciz qalıb.

+100 kq çəkidə qüvvəsini sınayan Uşanqi Kokauri 1/8 finalda Daniel Allerstorfer (Avstriya), ardınca Alişer Yusupovu (Özbəkistan) məğlub edib. Yarımfinalda Hisayoşi Harasavaya (Yaponiya) uduzan legionerimiz bürünc uğrunda görüşdə Stefan Heqiyə (Avstriya) uduzaraq, 5-ci olub. 

Qeyd edək ki, yığmamız yarışın əvvəlki günlərində iki bürünc medal qazanıb. Nicat Şıxəlizadə 66 kq, Murad Fətiyev 81 kq çəkidə fərqlənib.