21:21 03-04-2021
news_image
131
FUTBOL

35 yaşında klubsuz qaldı - Kalu

İngiltərə “Çelsi”sinin sabiq futbolçusu Salomon Kalu klubsuz qalıb.

Apasport.az saytının məlumatına görə, Fil Dişi Sahilindən olan 35 yaşlı hücumçu Braziliya təmsilçisi “Botofoqo”nu tərk edib.

Tərəflər müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verib. Bunun təşəbbüskarı Kalu olub. Komandasının A seriyasını tərk etməsindən narazı qalan forvard özünə yeni klub tapmağa üstünlük verib.

Qeyd edək ki, Salomon cari mövsüm 27 oyunda 1 qol vurub.