16:00 04-04-2021
news_image
81
FUTBOL

Qapıçını yola salır - kompensasiya da ödəyir

İngiltərənin “Mançester Yunayted” klubu qapıçısı David de Xea ilə yollarını ayırmaq variantlarını nəzərdən keçirir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi ispan qolkiperin gedişi üçün pul da ödəməyə hazırdır.

Baş məşqçi Ole-Qunnar Sulşerin digər qapıçı Den Henderseondan razı olması İngiltərə çempionatının ən yüksək ödənişlisi olan de Xea ilə yolları ayırmaq üçün əsas verir. O, həftədə 350 min funt sterlinq qazanır. Mançesterlilər onunla müqaviləyə xitam verilməsi üçün kompensasiya da ödəməyə razıdır.

Qeyd edək ki, de Xea 2011-ci ildə “Atletiko”dan “Mançester Yunayted”ə keçib.