17:21 04-04-2021
news_image
64
FUTBOL

“Levandovskinin olmaması PSJ üçün əla xəbərdir” - Mbappe

“Levandovski möhtəşəm futbolçudur. Onun qarşıdakı oyunlarda olmaması PSJ üçün əla xəbərdir”.

Apasport.az saytının məlumatına görə, bunu Fransa PSJ-sinin hücumçusu Killian Mbappe deyib.

Gənc futbolçu Çempionlar Liqasının 1/4 finalında rəqibləri olacaq “Bavariya”nın aparıcı forvardı Robert Levandovskinin zədə səbəbindən qarşıdakı matçları buraxmasına sevinmədiyini, amma hazırkı durumdan məmnunluğunu gizlətməyib: “Əlbəttə, onun zədələnməsinə sevinmirik. Amma onun bizə qarşı oynamayacağı faktdır. Bu, o deməkdir ki, bizi məyus edə bilməyəcək”.

Qeyd edək ki, “Bavariya” və PSJ aprelin 7-də və 13-də qarşılaşacaq.