18:05 04-04-2021
news_image
86
FUTBOL

Gedir – Telles

Müdafiəçi Aleks Telles “Mançester Yunayted”dən ayrılmağa qərar verib.

Apasport.az saytının məlumatına görə. braziliyalı futbolçu İngiltərə klubundakı durumundan narazıdır.

28 yaşlı futbolçu oyun praktikasının azlığı ilə barışmaq fikrində deyil. Bu səbəbdən də Aleks daha çox oynayacağı kluba keçməkdə maraqlıdır.

Qeyd edək ki, Tells 2020-ci ilin oktyabrında “Porto”dan 15 milyon avroya transfer olunub.