20:41 04-04-2021
news_image
272
FUTBOL

“Problemlər var” - Qurban Qurbanov

“Çox gərgin oyun alındı. Vacib bir xal qazandıq. Belə istəkli komandaya qarşı oynadıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Premyer Liqanın “Keşlə” ilə matçı (1:1) barədə fikirlərini açıqlayıb: “Futbolçular çox əziyyət çəkdilər. Minimum bir xala layiq idilər. Onları təbrik edirəm. Sənan Qurbanova da uğur arzulayıram. Maksim Medvedevin qarşıılaşmada oynamamasına gəlincə, onun qızdırması qalxdı, komandadan ayırdıq. Narahat olduq ki, koronavirus olar. Səhər yoxlanıldı. Hər şey qaydasındadır. Bir az narahatdır. Oyunda dəyişikliklər etmişdik. Mahir Emrelisiz də başqaları olmadan da oynamışıq. Bu barədə məşqlərdə işləməliyik. “Keşlə”yə qarşı oynamaq asan deyildi. Müdafiədə çox kompakt oynayırdılar”.

Qurbanov itkilərdən və liderliyə yüksəlməkdən də danışıb: “Mahirin olmaması hücum xəttində özünü göstərir. Belə hallar olur. Ovusu da çoxdan oynamırdı. O da az iş görmədi. Bir neçə imkan oldu, yararlana bilmədik. Problemlər var. Mövsümün sonunda daha çox olacaq. Gənc futbolçularımız var. Çalışırıq onların da ustalığını qaldıraq. İnanıram ki, bu çətinlikləri kollektiv şəkildə aradan qaldıra biləcəyik”.

Mütəxəssis çempionatın səviyyəsinin qalxmalı olduğunu da vurğulayıb: “Məğlubiyyət pis təsir edir. Belə matçlarda uduzmamaq, son dəqiqələrdəki qol futbolçulara ümid verir. IV dövrədə hər komanda ilə matçımız olacaq. Görünən odur ki, hər matçda diqqətli olmalıyıq. Bəzi məğlubiyyətlər çox komandanın xeyrinə olur. Qarşıdakı turlarda yenidən yerlər dəyişə bilər. Biz bir xal qazandıq. Həmişə bundan razı qalmışam. Get-gedə bütün komandalar bir-birini o qədər yaxşı tanıyır ki, onlara qarşı oynamaq asandır. Çempionatın səviyyəsindən razı deyiləm. Daha yaxşı olmasını istəyirəm. Avropada yaxşı oynamaq üçün çempionatın səviyyəsi qalxmalıdır. Çempionatdakı komanda sayı azalmasın. Həmişə demişəm ki, say artmalıdır. Heç bir komandaya eyni rəqiblə 4-6 dəfə oynamaq xoş deyil. Nə qədər çox komanda olsa, o qədər yaxşıdır”.